Saytı olmayan şirkət Şamaxıda 3 milyonluq tenderi uddu
Şamaxı Rayon İcra Hakimiyyəti nəqliyyat vasitələri və müxtəlif texnikaların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Havaline” MMC-dir.
Qalib şirkətə 3,266 milyon manat ödəniləcək.
Qeyd edək ki, “Havaline” MMC barədə internetdə məlumata rast gəlinmir. Şirkətin heç saytı da yoxdur.