Sayca 103-cü “Səyyar qəbul otağı” Oğuzda quruldu

Bu gün sayca 103-cü “Açıq mikrofon” aksiyası Oğuz rayonunda baş tutub.

Digər bölgələrdə olduğu kimi Oğuz rayonunda da böyük marağa səbəb olan aksiya vasitəsi ilə vətəndaşlar müraciətlərini SOCAR “Azəriqaz” İstehsalat Birlyinin rəhbərliyinə ünvanlayıblar. Onları maraqlandıran suallara elə yerindəcə cavab tapan vətəndaşlar keçirilən aksiyadan məmnunluqlarını bildiriblər.

Görüşdə səsləndirilən bütün təkliflər, iradlar və problemlər SOCAR “Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb. Qeydə alınan bütün müraciətlər isə öz növbəsində Birlik rəhbərliyinin tapşırığına uyğun olaraq müvafiq tabeli təşkilatlar tərəfindən icra ediləcək.