Qeyri-neft emal sənayesi 23% artıb

Azərbaycanın qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən olan emal sənayesində bu ilin 4 ayında ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 12,2%, qeyri-neft emal sənayesində isə 22,6% artıb.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir əlavə edib ki, ölkədə sahibkarlıq subyektlərinin və müəssisələrin fəaliyyətinin təşviqi nəticəsində müxtəlif sahələr üzrə məhsul istehsalının artım templəri əhəmiyyətli şəkildə sürətlənib.