Parlament prezidentin lüks yaxta tələbini rədd edib

Nigeriya parlamentinin aşağı palatası hökumətin prezident üçün 6 milyon dollarlıq yaxta almaq planını rədd edib.

İndex.az xəbər verir ki, inflyasiyanın 26 faizə yüksəldiyi və valyutanın dollar qarşısında dəyər itirdiyi iqtisadi böhran yaşayan Nigeriyada prezidentin belə bir dövrdə lüks yaxta tələb etməsi tənqid edilib.

Prezident Bola Tinubu may ayında hakimiyyətə gələndə israfçılığı azaltmağa və dolanışıq problemlərini həll etməyə söz vermişdi.