Pərakəndə ticarət dövriyyəsi 27 milyard manata çatdı

2022-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26.7 milyard manatlıq, o cümlədən 15.0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11.7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.3 faiz, qeyri-ərzaq malları üzrə 3.7 faiz artıb.

423423423423423

2022-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51.4 faizi ərzaq məhsullarının, 4.8 faizi içkilər və tütün məmulatlarının, 12.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil benzini və dizel yanacağının, 4.9 faizi elektrik malları və mebellərin, 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.