Mehmanxanalarda gecələmələrin sayı 29% artıb

2023-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3% artaraq 3 milyon 422,3 min olub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 57,6%-i Bakıda, 5,5%-i Qubada, 4,7%-i Xaçmazda, 4,2%-i Naftalanda, 4%-i Qəbələdə, 3,9%-i Qusarda, 3,7%-i Şabranda, 3,2%-i Lənkəranda, 1,5%-i Naxçıvanda, 1,2%-i Qaxda, 1%-i Gəncədə, 0,9%-i Masallıda, 0,9%-i İsmayıllıda, 0,9%-i Şamaxıda, 0,8%-i Şəkidə, 0,6%-i Şuşada, 0,5%-i Mingəçevirdə və 4,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

2023-cü ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilə nisbətən 33,7 % artaraq 1 milyon 864 min olub ki, bu da ümumi gecələmələrin 54,5%-ni təşkil edir. Gecələmələrin ümumi sayının 15,2%-i Rusiya, 10,3%-i Hindistan, 9,7%-i Səudiyyə Ərəbistanı, 7,8 %-i Türkiyə, 7,3 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,7 %-i Küveyt, 3,6 %-i İsrail, 2,9 %-i ABŞ, 2,9%-i Qazaxıstan, 2,9%-i Böyük Britaniya, 2,2%-i Özbəkistan, 2%-i Pakistan, 1,9%-i Çin, 1,8 %-i Gürcüstan, 1,5 %-i Almaniya, 1,2 %-i İtaliya, 0,9%-i Qətər, 0,8%-i Ukrayna, 0,7%-i Belarus, 0,7%-i Fransa, 0,6%-i İran, 0,6%-i Bəhreyn, 0,5%-i Oman, 0,5%-i Polşa, 0,4%-i Niderland, 17,4%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 %-i Bakıda, 4%-i Qəbələdə, 3,6 %-i Naftalanda, 3,6%-i Qubada, 3,5%-i Qusarda, 0,5%-i Şabranda, 2,3%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Ötən il Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı əvvəlki illə müqayisədə 24,4 % artaraq 1 558,3 min olub ki, bu da ümumi gecələmələrin 45,5%-ni təşkil edir.