Maska taxmayan poliklinika işçisi vəzifəsindən azad olundu

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən azad olunub.

İndex.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda qeyd edilib ki, videomaterialda qeyd olunan məsələ qurum tərəfindən araşdırılıb:

“Araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək işdən azad edilib. Digər şəxs isə maska taxmadığı üçün cərimələnib”.

“Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik”, – deyə TƏBİB-dən qeyd edilib.

©Oxu.az