Məmurlar Buzovanada villalarının hasarlarının sökülməsinə etiraz edə bilməyiblər – VİDEO

Xəbər verdiyimiz kimi, iyun ayından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Buzovna kənd çimərliyində insanlara maneə yaradan hasarların, baryerlərin və şlaqbaumların sökülməsi işlərinə başlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, Buzovnada aparılan söküntü hazırda dayandırılıb. 

İndex.az xəbər verir ki, məsələnin doğru olub-olmadığını öyrənmək üçün Pravda.az-ın əməkdaşı əraziyə yollanıb.

Məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin və Xəzər Rayon İH-nin nümayəndələri ərazidədir. Söküntü işləri hazırda davam edir. Ərazidə texnika qurupu, fəhlələr çalışır. Hazırda isə dənizin içinə uzanan estakadalar sökülür. Ərazidə çalışanlar bildiriblər ki, iş dayanmayıb, kifayət qədər məmur villalarının hasarları sökülüb, heç məmurlar buna etiraz da edə bilməyiblər.

Ərazidən çəkdiyimizi görüntüləri təqdim edirik: