Mədən nəhəngindən Çin xəbərdarlığı

Dünyanın ən böyük dəmir filizi istehsalçısı olan “Rio Tinto Group”, dəmir filizi daşımalarının ikinci rübdə əvvəlki ilə nisbətən yüzdə 1 azalaraq 79,1 milyon tona düşdüyünü açıqladı.

İndex.az xəbər verir ki, “Rio Tinto Group” rüblük hesabatında Çində iqtisadi canlanmanın bazar gözləntilərinin geridə qaldığını, daşınmaz əmlak sektorunda problemlərin davam etdiyini, pul siyasətindəki rahatlığa baxmayaraq istehlakçıların ehtiyatlı olduqlarını ifadə edərək, ölkənin tələbatındakı daimi problemlərin davam etdiyini bildirdi.

Şirkət dəmir filizi hasilatının bu il üçün gözləntilərinin yuxarı hissəsində olacağını proqnozlaşdırıb. Bu il üçün alüminium istehsalı proqnozu aşağı salınıb.