Kripto firmaları ABŞ-ı tərk edə bilər

Tənzimləyici orqanlar təzyiq göstərdiyinə görə, kripto firmaları ABŞ-ı tərk edə bilər.

İndex.az xəbər verir ki, “Ripple” CEO-su Bred Garlinqhous bildirib ki, ABŞ-dakı qaydaların qarışıqlığı daha çox kripto firmasının ABŞ-ı tərk edərək başqa ölkələrə köçməsinə səbəb ola bilər:

“Avropa BƏƏ kimi ölkələrin qarşısında liderliyi əldən verib. Hətta Böyük Britaniya və Sinqapur bu rəqəmsal aktivləri necə tənzimləyəcəyini çox yaxşı bilir”.

Qeyd edək ki, ABŞ tənzimləyiciləri “Ripple” və “Coinbase” kimi şirkətlərə sərt təzyiq göstərdiyi üçün “Ripple” İsveçrənin kriptovalyuta saxlama xidmətləri firması olan “Metaco”nu satın aldığını açıqladı.