Koronavirus əleyhinə peyvənd olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 106 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza vaksin vurduranların sayı 46, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 792, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 155, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 332 təşkil edir.