Kino və teatr salonlarında niyə qırmızı rəng tonlarından istifadə olunur?

Teatr və kino zallarında qırmızı rəngin istifadə edilməsinin iki əsas səbəbi olduğuna inanılır: Birincisi operanın tarixi ilə əlaqələndirilir, ikincisi isə elmi səbəbə əsaslanır.

Əslində, teatr salonları üçün bu rəngin seçilməsində opera teatrlarının rol oynadığı düşünülür.

Bu rənglər, xüsusən də qırmızı məxmər kral ailəsini təmsil edirdi. Bu sənət Avropanın qalan hissəsinə yayılmağa başlayanda avropalılar bu binaları təqlid etmək üçün eyni rəng palitralarından istifadə etməyə üstünlük verdilər. Məlumdur ki, fransızlar kral ailəsini təmsil etmək üçün qırmızı əvəzinə mavi rəngə üstünlük verirlər.

Əsrlər boyu operaya marağın azalmasından sonra əyləncə sənayesinin parlayan ulduzları teatrlara, sonra isə kinoteatrlara çevrildi. Onlar bu ənənəni davam etdirərək salonlarında qırmızı rəngdən istifadə edirlər.

Elmi səbəbi isə, qırmızı qaranlıq işıq şəraitində gözdən qaçırdığımız ilk rəngdir.

Yəni teatr və kino kimi qırmızı pərdələr və kreslolar olan bir mühitdə, işıqlar söndürüldükdə qırmızı rənglər mavi və ya yaşıl rənglərdən daha asan görünməz olur. Və bu, diqqətimizi cəmləməyi və izlədiklərimizə daha yaxşı konsantre olmağımızı asanlaşdırır.