Karyera və qadınların 3 səhvi

Qadınlar – artıq iş həyatında da böyük rollardadır. Hər gün çox sayda bacarıqlı, bilikli qadın iş həyatına ambisiyalı olaraq qatılır. Bir qismi stereotipləri aşaraq karyera yüksəlişinə nail olurlar. Amma digərləri karyeralarının ilk və ya sonrakı mərhələlərində səhvlərə yol verərək iş dünyasından kənarda qalırlar və xəyalları puç olur. Bu gün biz qadınların iş dünyasına qatıldıqda etdikləri 3 əsas səhv haqqında danışacağıq.

1. İşə qəbul olunmamış müsahibələr zamanı və ya iş həyatının ilk mərhələsində şəxsi həyatları haqqında müzakirələr aparılır. Başqa sözlə desək, qısa müddətdə hamı ilə kontakta girir. Bəli bu başa düşüləndir ki, dost, dəstək qazanmaq istəyirsiniz. İstəyirsiniz ki, hər hansı işin öhdəsindən gəlmədiyimizdə o dəstəyi hiss edəsiniz.

İlk dövrdə sizin digər həmkarlarınızla ailə mühitiniz, sevgiliniz, həyat yoldaşınız haqqında danışmağınız sizə “dost” qazandıracaq. Nəticədə sizin bir çox “dost”unuz olacaq, amma həmkarınız olmayacaq. Hər hansı ciddi tapşırıq və işin öhdəsindən gələ bilməyəcəyiniz düşüncə formalaşacaq. Sizi ancaq yaxşı həmsöhbət və heç bir sirr saxlaya bilməyən qeyri-ciddi əməkdaş kimi görəcəklər.

Əgər hər gün işə söhbət etmək, vaxt keçirmək üçün getmiriksə ilk dövrdə ancaq işə fokuslanmaq lazımdır.

2. İşdə romantik və sevgi münasibətlərinə başlamaq. Təbii ki, bir xanım yeni kollektivdə işə başlayanda digər kişi əməkdaşlar onu həmkar və peşəkardan çox bir qadın olaraq görürlər. Xanımlar isə ilk dövrdə işinin ustası, peşəkar olduğunu göstərmək əvəzinə “flirt” münasibətlər qurmağa başlayırlar. “Çarəsiz” kişilər də qarşılıq verirlər və yenə siz işdə sevgi münasibətləri qurulacaq biri kimi tanınırsınız.

3. Qadın öz rolunu dəyişir. İlk dövrdə kişi kimi geyinməyə, davranmağa və danışmağa başlayır. Bunu da digər həmkarlar görür və qəribə davranışı sezirlər. Adətən bu tip əməkdaşlarla digərləri münasibəti azaldırlar. Yenə siz tək qalırsınız.

Anar Əliyev
Auditor