İstiqraz nəhəngləri tərəfindən FED PROQNOZU

FED-in sərtləşdirmə dövrünün başlamasından bu yana ABŞ-da kənd təsərrüfatı xaricində əməkhaqlarının ilk dəfə zəifləməsi, sərtləşdirmə dövrünün sona çatdığı fikrini gücləndirdi.

İndex.az xəbər verir ki, dünyanın ən böyük istiqraz investorları FED-in faiz artımı dövrünün sona çatdığını bildirərək ABŞ istiqrazları ilə bağlı məsləhətlər verməyə başlayıblar.

“BlackRock”un Baş Portfolio Meneceri Cef Rosenberq, iki illik ABŞ istiqrazlarının mütləq alınmalı olduğunu bildirib.

Təxminən 1,8 trilyon dolları idarə edən PIMCO-nun Portfolio Meneceri Mixael Cudzil, təsərrüfatdan kənar məşğulluq məlumatlarının istiqraz bazarında FED-in uçot dərəcələrini bir müddət sabit saxlayacağı və hətta sərtləşdirmə dövrünü dayandıracağı fikrini dəstəklədiyini qeyd edib.