Həftəsonu 3 gün qeyri-iş günü olacaq

Azərbaycanda bu həftəsonu 3 gün qeyri-iş günü olacaq.

İndex.az xəbər verir ki, 26 iyun Silahlı Qüvvələr Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, 27 iyun tarixində də iş olmayacaq.

Beləliklə, 3 gün – 25, 26 və 27 iyun tarixləri qeyri-iş günü olacaq.