Google 12 minə yaxın işçisini ixtisar edəcək

Google-un ana şirkəti Alphabet Inc., son vaxtlar işçi ixtisarı qərarına gələn texnologiya şirkətlərinin karvanına qoşulub. 

Google-un Baş direktoru Sundar Pichai cümə günü işçilərə e-poçt göndərərək dünya üzrə təxminən 12 000 nəfəri, şirkətin işçilərinin 6 faizindən çoxunun işdən çıxarılacağını açıqlayıb. Sözügedən e-poçtda Pichai, “şirkəti bu vəziyyətə gətirən qərarların tam məsuliyyətini öz üzərinə götürdüyünü və ixtisarların bütün şirkət üzrə biznesə təsir edəcəyini” bildirib.

İxtisarda əsas səbəb yüksək xərclərdir. Şirkət xərclərini azaltmağa çalışır.

Önlərində süni intellekt sahəsində əhəmiyyətli bir fürsət olduğunu qeyd edən şirkət, keçən oktyabr ayında proqnozlardan az gəlir əldə edib. Şirkətin mənfəəti 27 faiz azalaraq 13,9 milyard dollara düşüb.