Gəncə əhalisinin sayı artıb

Ərazisi 125 kvadrat kilometri (rəsmi mənbələrdə 110 kv.km) əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci  ilin yanvar-sentyabr ayları ərzində 745 nəfər artaraq 1 oktyabr 2022-ci il vəziyyətinə 336 min 539 nəfərə çatmışdır. 

Gəncə Şəhər Statistika İdarəsindən daxil olmuş məlumata görə, əhalinin 153 min 89 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 450 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (164 min 298 nəfər) kişilərdən, 51,2 faizi (172 min 241 nəfər) isə qadınlardan ibarətdir.

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 2224 doğulan körpə qeydə alınmışdır. Doğulanların 1218 nəfərini (54,8 faiz)  oğlanlar, 1006 nəfərini (45,2 faiz)  qızlar təşkil edir.

2022-ci ilin 9 ayında 1630 ölüm halı qeydə alınmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1226 nikaha daxilolma və 428 boşanma halları qeydə alınmışdır.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 371 nəfər gələn, şəhərdən 220 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 151 nəfər təşkil etmişdir.