Fond idarəçiləri ilin ikinci yarısı üçün ehtiyatlı davranırlar

İlin birinci yarısında qlobal iqtisadi mənzərənin pisləşməsinə baxmayaraq, texnologiya şirkətlərinin başçılıq etdiyi yüksəliş investorları ehtiyatlı olmağa sövq edir.

İndex.az xəbər verir ki, bəzi fond idarəçilərinin fikrincə, “MSCI World” indeksi bu il təxminən 13% yüksəldikdən sonra yenidən yüksələcəyini gözləmək riskli addım ola bilər.

“Fidelity International”ın qlobal CIO-su Endryu Makkafferi bildirib ki, hazırki möhkəm mühit gələcək zəifliyin toxumlarını səpir:

“Siyasətlərin gecikmiş təsirini görməyə başlayanda tənəzzül yaşayacağıq”.

“HSBC Asset Management”in Qlobal Baş Strateqi Cozef Litla görə isə, ilin ikinci yarısında birjaları pis sürpriz gözləyir.

Litl, bazar iştirakçılarının yumşaq eniş üçün gözləntilərinə baxmayaraq, zəif iqtisadi əsasların pis sürprizə səbəb ola biləcəyini iddia edir.

“Janus Henderson” investorlar fondunun meneceri Luke Nyuman, son rübün bir çox sektorda yaşana biləcəyinə diqqət çəkir.

Nyumanın fikrincə, şirkətlər keçən illə müqayisədə xərc artımlarını daha məhdud səviyyədə istehlakçılara ötürə biləcəklər.