Elektron mühasibat uçotuna dair tələblər sərtləşdirilir

Azərbaycanda bir sıra qurumlar mühasibat uçotunu elektron formada aparmalı olacaqlar.

İndex.az xəbər verir ki, bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin qurumlar aşağıdakılardır:

– iri sahibkarlıq subyektləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektləri;

– qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri;

– illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslər. Azərbaycan Mərkəzi Bankı istisnadır.