“Bitcoin” 1%-ə yaxın bahalaşıb

Dünyanın aparıcı kriptovalyutası – bitkoin 37 min ABŞ dollarına kimi bahalaşıb.

İndex.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96 % artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” olub.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb.