Aviasiya tarixində bir ilk: 27 sumo güləşçisinin ağırlığına görə əlavə uçuş təşkil edildi

Yaponiyada ötən həftəsonu sumo güləşi turniri keçirilib.

İndex.az xəbər verir ki, ölkənin hər yerindən sumo güləşçiləri Amami Oşimada bir araya gələrək güclərini nümayiş etdiriblər.

Məhz bu turnir əlavə uçuşlara səbəb olub. Ölkənin ən böyük hava yolu şirkəti olan “Japan Airlines” eyni reyslə 27 sumo güləşçisinin minəcəyini öyrəndikdən sonra əlavə uçuşlar etmək qərarına gəlib.

Qeyd edək ki, təyyarənin eniş və qalxma çəkiləri vacibdir. Uçuş heyəti hətta müvafiq olaraq yanacaq doldurarkən yükün necə yerləşdiriləcəyini hesablayır. Bu, “Japan Airlines” komandasını əlavə uçuş həyata keçirməyə məcbur etdi. Orta insan çəkisi 70 kiloqram hesab edilərkən, sumo güləşçilərinin orta çəkisi 120 kiloqramdır ki, bu da uçuş heyətinin hesablamalarını çaşdırıb.

Təyinat hava limanı “Boeing 737-800” üçün uyğun olduğundan daha böyük təyyarədən istifadə edə bilməyən “Japan Airlines”, 14 sumo güləşçisi üçün ikinci təyyarəni uçurdu.

“Japan Airlines”ın sözçüsü bildirib ki, bir təyyarənin çəki ilə bağlı məhdudiyyətlərlə üzləşməsi adi hal deyil. Hadisəni “qeyri-adi” kimi dəyərləndirən rəsmi bildirib ki, sumoçuları yalnız götürərkən deyil, turnirdən sonra onları daşıyarkən də əlavə səfərlər təşkil etməli olublar. Yaponiyada baş verən hadisə aviasiya tarixinə maraqlı və nadir hadisə kimi düşüb.