Akkumulyatoru yanan 5 avtomobil külə dönüb

Avstraliyanın Sidney hava limanının dayanacağında elektriklə işləyən avtomobilin litium-ion akkumulyatorunun alışması nəticəsində baş verən yanğında 5 avtomobil yanıb.

İndex.az xəbər verir ki, “ABC News”un məlumatına görə, Sidney hava limanının dayanacağında baş verdiyi bildirilən yanğına Yeni Cənubi Uels (NWS) əyalətinin yanğın-xilasetmə qrupları və hava limanının xilasetmə qrupları müdaxilə edib.

Qruplar yanğının dayanacaqda lüks avtomobildən çıxarılaraq altında qalan litium-ion batareyanın alışması nəticəsində baş verdiyini müəyyən ediblər.

Akkumulyatordan çıxan qığılcımların daha sonra yaxınlıqda park edilmiş 4 avtomobilə keçdiyini bildirən qruplar, yanğında 5 avtomobilin külə döndüyünü açıqladı.

Yanğına səbəb olan akkumulyatorun avtomobildən hansı səbəbdən çıxarıldığı hələlik məlum deyil.