Abonent “Azəriqaz”ın əməkdaşını 1 saat evində girov saxladı

İki gün öncə Bakının Nərimanov rayonu ərazisində sayğacı kiplənmiş abonent “Azəriqaz”ın 104 çağrı mərkəzinə zəng edərək sayğacın dəyişdiriləsini xahiş edib.

İndex.az xəbər verir ki, bunu bu gün “Azəriqaz”ın Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, abonentin evinə yaxınlaşan “Azəriqaz” əməkdaşı bir saata yaxın abonentin evində girov saxlanılıb: “Ondan tələb olunub ki, onun mövcud sayğacı “smart-kart” tipli sayğacla əvəz olunsun. Abonent bildirib ki, tez ona bir müddətdə “smart-kart” tipli sayğac gətirilsin”.

X. Şimşək bildirib ki, amma ona dəfələrlə izah edilib ki, onun evinin qaz təchizatını təmin etmək istəyirik və hazırda onun tələb etdiyi sayğac növündən yoxdur: “Buna baxmayaraq, uzun danışıqlardan sonra əməkdaşımızı buraxdırdıq və həmin abonentin sayğacı yenilənib”.

O qeyd edib ki, abonentlərdən ara-sıra bu cvür aqressiv münasibət rast gəlinir.