Onlayn video konfrans tətbiqi “Zoom”, işçilərinin 15 faizinin işdən çıxarılacağını açıqladı.
Index.az xəbər verir ki, “Zoom”un baş direktoru Erik Yuan işçilərə göndərdiyi mesajda şirkətin qlobal iqtisadiyyatın qeyri-müəyyənliyinə və onun müştərilərə təsirinə uyğunlaşmalı olduğunu bildirib.
Yuan,”Komandamızı təxminən 15 faiz azaltmaq və 1300-ə yaxın çalışqan, istedadlı həmkarımızla vidalaşmaq çətindir, lakin zəruri qərarı verdik” – deyə bildirib.