“Zara” adını dəyişərək Rusiya bazarına qayıdır

İspaniyanın “Inditex” holdinqi Rusiyada “Zara” geyim mağazalarını yenidən açmağa hazırlaşır.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Nəşrin verdiyi məlumata görə, “Zara” da “McDonald’s” və “Pandora” kimi Rusiyada başqa brend altında fəaliyyət göstərməyi düşünür.

Mütəxəssislərin fikrincə, “Zara” mağazalarını yerli tərəfdaşlarına satmaqla Rusiyaya qayıda, biznesi yeni hüquqi şəxsə yenidən qeydiyyatdan keçirə bilər.

Xatırladaq ki, Inditex martın əvvəlində Rusiyada fəaliyyətini dayandırdığını elan edib. Şirkət Rusiyada 502 mağazanı bağlayıb və onlayn satışı dayandırıb. “Inditex” özündə “Zara”, “Bershka”, “Pull and Bear”, “Stradivarius”, “Massimo Dutti”, “Oysho” markalarını birləşdirir.