Yeniyetmələr arasında siqaretin ən çox yayıldığı ölkələr – SİYAHI

13-15 yaş arası yeniyetmələr arasında siqaretin ən çox yayıldığı ölkə Palaudur.

İndex.az xəbər verir ki, “Global İndex”in araşdırmasına görə, Palauda 13-15 yaşlı uşaqların 32,5%-i siqaretdən istifadə edir.

İndex.az yeniyetmələr arasında siqaretin ən çox yayıldığı ölkələri sizə təqdim edir:

Palau: 32,5%
Bolqarıstan: 32%
Rumıniya: 31%
Xorvatiya: 29%
Slovakiya: 29%
Avstriya: 25%
Çexiya: 23,6%
Çili: 23,3%
Kiribati: 22,8%
Polşa: 22%