Yaponiya 743,2 milyard dollarlıq yeni büdcəsini təsdiqləyib

Yaponiya parlamenti 2024-cü maliyyə ili üçün 112,5 trilyon yen (743,2 milyard dollar) dəyərindəki yeni büdcəsini təsdiqləyib.

İndex.az xəbər verir ki, Milli Assambleyanın təsdiq etdiyi bu bu büdcə 2024-cü ilin aprel-2025-ci ilin mart aylarını əhatə edəcək.

Maliyyə naziri Suzuki Şuniçi açıqlamasında bildirib ki, hökumət bu büdcə ilə təxirə salınması mümkün olmayan təcili problemlərin öhdəsindən gəlməyi hədəfləyir.

Yaponiyanın qocalmış əhalisi nəzərə alınaraq hazırlanan yeni büdcədə sosial təminata ayrılan məbləğ diqqət çəkir.

Müvafiq olaraq, əhalinin qocalması və doğum səviyyəsinin aşağı düşməsi səbəbindən büdcənin 30%-dən çoxu sosial təminata xərclənəcək.

Belə ki, aosial təminat xərclərinə 37,7 trilyon yen (249 milyard dollar), milli müdafiə xərclərinə isə 7,9 trilyon yen (52,1 milyard dollar) ayrılıb.