Yaponiya artım proqnozunu yenidən nəzərdən keçirdi

Yaponiya iqtisadiyyatı 2022-ci ilin son rübündə proqnozlarını yenidən nəzərdən keçirib.

İndex.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin açıqladığı məlumatlara görə, ötən rübdə ÜDM əvvəlki rüblə müqayisədə dəyişməz qalıb. Bazarlarda gözlənti isə, ÜDM-nin 0,2% artacağı idi.

Eyni dövrdə illik artım proqnozu 0,6%-dən 0,1%-ə düşürülüb. Bazarlar artımın 0,6% olacağını proqnozlaşdırmışdı.

Nominal ÜDM 1,3%-dən 1,2%-ə düşürülərkən, daxili tələb isə 0,2%-dən 0,3%-ə yülsəldilib.

Daxili dələblə yanaşı xarici tələb də 0,3%-dən 0,4%-ə qaldırılıb.

Ev təsərrüfatlarının xərcləri isə 0,5%-dən 0,3%-ə qədər azaldılıb.