“Yandex” istifadəçiləri dinləyə bilər

“Yandex” şirkəti proqram kodunun sızdığını etiraf edib.

“Yandex” şirkəti buna görə “Alisa” süni intellekt proqramı ilə istifadəçiləri bir neçə saniyə dinləyə bilər.

Belə ki, şirkətin mənbə kodunun sızması 28 yanvar 2023-cü ildə məlum olub. Bildirilib ki, naməlum istifadəçi 2022-ci ilin iyulunda şəbəkədə sıxılmış formada həcmi 44.7 giqabayt olan arxivləri yerləşdirib. Bununla da məlumatlar həmin şəxsə sızıb. “Yandex” şirkəti də xidmətlərin düzgün işləməsini yoxlamaq üçün daxildə istifadə edilən test alqoritmləri ilə səs dinləmələrinə başlayıb.

Belə xoşagəlməz hadisəyə görə “Yandex” istifadəçilərdən üzrxahlıq edib.