Xorvatiya – Belçika oyununa 9.50 əmsallıq PROQNOZ

Bugün saat 19:00-da Xorvadiya millisi Belçika ilə üz-üzə gələcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzdadır.

XORVATİYA

Xorvatiya millisi Belçika ilə birlikdə öz qrupunun favoriti hesab edilirdi. Onlar Rusiyada keçirilən mundialın finlaçısı olmuşdular. Lakin xorvatlar bu mundiala ehtiyyatlı başladılar. İlk turda Mərakeş ilə qarşılaşan Xorvatiya yalnız oyunun 1-ci hissəsində fəallığ göstərərək hücumlar qurdu. Nəticədə oyun heç-heçə yekunlaşdı.

Mərakeşlə qolsuz heç-heçə Xorvatiyanı 2-ci turda Kanada ilə oyunda qalib gəlməyə məcbur edirdi. Lakin oyunda gözlənilmədən hesabı açan tərəf Kanada millisi oldu. Bu qol isə xorvatları sanki qış yuxusundan oyatdı. Rəqib qapısına 4 dəfə yol tapmağı bacaran Xorvatiya millisi sonda 4:1 hesablı qələbəyə sevindi və qrup liderliyini ələ keçirdi.

BELÇİKA

Belçika millisi turnir başlamazdan əvvəl öz qrupunun favoriti hesab olunurdu. İlk dövrədə Roberto Martinezin komandası Kanada ilə qarşılaşdı. Kanada millisi oyun zamanı penaltidən yararlana bilmədi. Daha məsuliyyətli olan Belçikalılar minimal hesablı qələbəyə sevindilər.

Mərakeşlə matçda belçikalıların pley-offa vəsiqəni təmin etmək üçün hər cür şansı var idi. Lakin bu matçda belçikalılar Kanada ilə oynadıqları matçdan daha zəif çıxış etdilər. Mərakeş millisi ilk hissədə rəqibin bir neçə səhvini bağışlasa da, 2-ci hissədə belçikalıların buraxdıqları 2 səhv onlara baha başa gəldi. Mərakeşlilər rahatlıqla 0:2 hesabı ilə qalib gəldilər. Bu məğlubiyyət Belçikanın bütün ümüdlərini bitirməsə də, işini çətinə saldı.

PROQNOZ

Belçika millisi ilk matçlarda zəif oynadı. Üstəlik son vaxtlar komandadaxili söz-söhbətlərin artması onlara bugün manə ola bilər. Lakin bütün bu olanlar əksinə, komandanın daha da möhkəmlənməsinə yardım da edə bilər. Hər halda Belçika üçün bugün qələbə vacibdir.

Qazanılacaq qələbə belçikalılara pley-off vəsiqəsi verəcək və onlar, buna qadirdilər. Son 2 turda Xorvatiya müdafiəsi zəif görünür.

Bizim ilk proqnozumuz – Belçikanın qələbəsidir – 2.62

Belçika millisinin Mərakeş məğlubiyyətindən sonra səhv etmək hüququ yoxdur. Onlar bugün komanda olaraq birləşib yalnız qələbə haqqında düşünəcəklər. Belçikanın heyətində yetərincə yüksək səviyyəli oyunçular var. Onların bugün qolsuz qalacağını düşünmürük. Eyni zamanda da xorvatlar da rəqibin vuracağı qol və ya qollara qarşı cavab verəcəklər. Xorvatiyanın da heyətidə kefiyyətli oyunçularla zəngindir. Biz bu oyunda qarşılıqlı qolların olacağına ümüd edirik.

İkinci mərcimiz – 2.5 ÜST (2.11)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:2 – 9.50

Xorvatiya 2-ci hissədə qol vuracaq – 1.85

Belçika 1-ci hissədə qol vuracaq – 2.17