“Xiaomi 14 Pro”nun titan versiyası təqdim edildi

“Xiaomi 14 Pro”, “Titanium Special Edition” adlanan xüsusi versiyada titan ərintisi olan orta çərçivə var.

İndex.az xəbər verir ki, “Xiaomi” öz cihazında 99 faiz aerokosmik titandan istifadə etdiyini iddia edir.

Bundan əlavə, telefonun həm ön, həm də arxa tərəfində “Xiaomi Dragon Crystal Glass” var. Müqayisə üçün qeyd edək ki, standart “Xiaomi 14 Pro”da bu şüşə yalnız ekran üçün istifadə olunur.

Telefonun arxasında, böyük kamera bölməsinin alt qatında narıncı vurğu ilə titan boz rəng seçimi təklif olunur. Şirkət bu model üçün yalnız bir konfiqurasiya variantını təklif edir: 16 GB RAM və 1 TB yaddaş. Qeyd etdiyimiz kosmetik dəyişiklik və titan korpusdan başqa, bu modelin qalan bütün xüsusiyyətləri “Xiaomi 14 Pro” ilə eynidir.

“Xiaomi 14 Pro” “Titanium Special Edition”ın qiyməti 6499 Yen və ya təxminən 890 dollar səviyyəsində müəyyən edilib. Bu, eyni miqdarda operativ yaddaş və saxlama üçün standart “Xiaomi 14 Pro”dan hələ də təxminən 70 dollar bahadır.