Vyetnam 1,5 milyard dollar dəyərində hava limanı tikir

Vyetnamın Ho Chi Minh şəhərinin şərqində qurulacaq hava limanı IC İçtaş İnşaatın rəhbərlik etdiyi VIETUR Konsorsiumu tərəfindən həyata keçiriləcək.

İndex.az xəbər verir ki, 1,5 milyard dollar dəyərində layihənin birinci mərhələsini üzərinə götürən konsorsium, terminal binası və avadanlıqların montajından ibarət birinci mərhələni 39 ay ərzində tamamlayacaq.

İlk mərhələdə 25 milyon sərnişin və 1,2 milyon ton yük tutumuna malik olacaq Long Thanh Beynəlxalq Hava Limanı bütün mərhələlər istifadəyə verildikdə ildə 100 milyondan çox sərnişinə xidmət göstərəcək. Long Thanh Beynəlxalq Hava Limanı layihəsində 10 mindən çox işçinin iştirakı gözlənilir.