Vulkanik hərəkətlərdən sonra yeni bir ada yaranıb

Yaponiyanın Sakit okeanın qərbində yerləşən Oqasava adalar silsiləsində diametri 100 metr olan yeni adanın formalaşması əslində keçən ay vulkan püskürmələri ilə başlayıb.

İndex.az xəbər verir ki, adanın üzərində kəşfiyyat uçuşu həyata keçirən Yaponiya Meteorologiya İnstitutuna aid helikopterin çəkdiyi görüntülərdə sıx tüstü və bir-iki dəqiqədən bir baş verən partlayışlarla müşayiət olunan 50 metr yuxarı qalxan lavalar müşahidə edilir.

Tokio Universitetinin Zəlzələ Araşdırma İnstitutundan Fukashi Maeno adada apardığı müşahidələrdə partlayış nəticəsində havaya atılan qayaları və dənizdə üzən qəhvəyi pemza daşlarını gördüyünü deyir.

Maeno bölgədə keçən ilin iyul ayından bəri vulkanik aktivliyin olduğunu bildirir. Yeni adanın altındakı vulkan püskürməyə davam edərsə, adanın ölçüsünün genişlənə biləcəyi düşünülür.