“Volkswagen” 150 dollar üçün içində uşaq qaçırılan maşının yerini polisə demədi

“Volkswagen” ABŞ-da qəribə hadisə ilə gündəmə gəlib. Avtomobilin uzaqdan izləmə və nəzarət sistemi olan “Car-Net”, uşaq qaçırıldığı üçün istifadə oluna bilməyib, çünki ödəniş edilməyib. Bu hadisə “Volkswagen” sahiblərinin reaksiyasına səbəb olub.

İndex.az xəbər verir ki, “Volkswagen” “Car-Net” avtomobil sahibləri üçün müxtəlif üstünlüklər təklif edir. Siz avtomobili uzaqdan idarə edə və yerini izləyə bilərsiniz. Lakin bu funksiyalardan yararlanmaq üçün “Volkswagen”ə müntəzəm ödənişlər tələb olunur. Bu hadisədə ABŞ-da avtomobili qaçırılan şəxs ödəniş etmədiyi üçün “Car-Net” xidmətlərindən məhrum edilib.

İllinoys ştatında baş verən hadisə ictimaiyyətin reaksiyasına səbəb olduqdan sonra “Volkswagen”dən açıqlama gəldi. Şirkət “Car-Net” xidməti üçün üçüncü tərəf provayderləri ilə işlədiklərini və bu halda günahın həmin üçüncü tərəf provayderində olduğunu söylədi.

“Volkswagen”in məlumatına görə, “Car-Net” infrastrukturu fövqəladə hallar üçün xüsusi prosedura malik idi və hətta ödəniş edilməmiş olsa belə, polisə məlumat vermək potensialına malik idi. “Volkswagen” əvvəllər də oxşar hadisələrin baş verdiyini və fövqəladə hal prosedurunun işə salındığını etiraf etsə də, bu dəfə işçilərin səhvi ucbatından ciddi pozuntu baş verdiyini, daxili araşdırmanın davam etdiyini açıqlayıb.