Venesuela Qayana ərazisinə iddia etdi: Braziliya sərhədə qoşun göndərir

Venesuela hökuməti Qayananın nəzarətində olan bölgəni ilhaq etmək planını elan etdikdən sonra Braziliya Venesuela sərhədinə qoşun göndərəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, zəngin neft ehtiyatlarına malik Essequibo bölgəsi, Qayana Britaniyanın müstəmləkəsi olduğu 19-cu əsrdən bəri mübahisə obyektinə çevrilib.

Venesuela bir neçə il əvvəl dənizdə neft və qaz ehtiyatlarının aşkarlanmasından sonra ərazi iddialarını yenidən irəli sürdü.

Venesuelada bazar günü keçirilən referendumdan sonra gərginlik artıb.