Uels – İngiltərə oyununa 6.05 əmsallıq PROQNOZ

Bugün 23:00-da Uels millisi İngiltərə ilə qarşılaşacaq. Hələdə iddiasını davam etdirən uelslilər ingilisləri məğlub edə biləcəkmi? Cabvabı proqnozumuzda.

UELS

Uels yığması mundialın 2-ci turunda çox zəif oyun keçirdi. Robert Peycin komandası hücumda heçnə ilə yadda qalmadı. Üstəlik müdafiədəki inamsız oyun məğlubiyyətlə nəticələndi. İranın oyunun uzatma dəqiqələrində vurduğu 2 qol Uelsi çox çətin vəziyyətə saldı.

İndi uelslilər Britaniya derbisində ingilisləri məğlub etməli və paralel keçən görüşdə komandaların heç-heçə etməsini gözləməlidirlər. Bu isə demək olar ki, mümkünsüzdür. Son turda Ueyn Hennessinin qırmızı vərəqə alması Uelsin işini daha da, çətinləşdirəcək.

İNGİLTƏRƏ

İngiltərəyə gəlincə, komanda amerikalılarla heç-heçə (0:0) edərək pley-offa erkən vəsiqəni əldən verdi. Lakin ingilislər daha yaxşı oyun göstərərək rahat qələbə qazana bilərdilər.

Gareth Southgate-in yetirmələri bu oyunda qələbəyə köklənəcəklər. Çünki qrupu lider başa vurmaq pley-offda gələcək rəqibin səviyyəsini bəlli edəcək.

PROQNOZ

Uels qrupdakı ilk 2 oyununda penaltidən 1 qol vurub və 1 xal qazana bilib. İlk 2 turun nəticəsinə görə komanda qrupda ən zəif çıxış edən komandadır. İran və ABŞ milliləri önündə inamlı çıxış edə bilməyən uelslilər çətin ki, ingilislərə qarşı bir şey edə bilsinlər.

İngilislər isə İranla matçda xeyli güc topladı və bu oyunda yalnız qələbə qazanmaq üçün oynayacaq. İngilislər hər cəhətdən qonşularından üstündürlər və çoxlu ulduz oyunçuların olduğu güclü heyətə malikdirlər. İnanırıq ki, bugün Uels ingilislərə müqavimət göstərə bilməyəcək.

İlk proqnozumuz İngiltərə üçün Asiya handikapı (-1) olacaq – 1,75

3 xala olan ehtiyacı uelsliləri risq edərək hücuma atılmağa məcbur edəcək. Bu isə sürətli ingilis futbolçuların əks-hücum qurması üçün əla şərait yaradacaq. Belə sürətli əks-hücumları Uels müdafiəsi çətin ki, dəf edə bilsin.

İkinci mərcimiz İngiltərənin 2 top fərqi ilə qələbəsi olacaq – 4.20

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 0:2 – 6.05

İngiltərə 1-ci hissədə qol vuracaq – 1.58

1-ci hissədə qol cəmi – 1.5 ALT (1.46)