“Toyota” 1 milyondan çox avtomobilini geri çağıracaq

“Toyota Motor” dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracağını açıqladı.

İndex.az xəbər verir ki, “Toyota Motor” şirkətinin verdiyi açıqlamaya görə, “Toyota” və “Lexus” bəzi sedan və SUV modellərində təhlükəsizlik yastığı sensorunda yaranan problemin sərnişinlərin ağırlığını səhv hesablaya bilməsi və hava yastığının açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracaq.

Geri çağırılma 2020-2022-ci illər arasında istehsal olunmuş “Avalon”, “Camry”, “Corolla, RAV4”, “Lexus ES250”, “ES300H”, “ES350”, “RX350 Highlander” və “Sienna Hybrid” avtomobillərini əhatə edir. Bu avtomobillərin 1 milyonu ABŞ-da satılır.

Səlahiyyətli “Toyota” dilerləri sözügedən sensorları yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcəklər. “Toyota” 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı xəbərdar etməyə başlamağı planlaşdırır.