Texnologiya sektorunda 50 min adam işdən çıxarıldı

Texnologiya şirkətlərində ixtisarlar keçən ilin eyni dövrü ilə müqayisədə 61% azalsa da, ilin ilk ayında da davam edib.

İndex.az xəbər verir ki, 2024-cü ilin iki ayında işdən çıxarma 50 minə yaxınlaşıb.

“Google”, “Microsoft” və “Amazon” da daxil olmaqla şirkətlər bu il işçilərini ixtisar etməyə davam edir.

“Layoffs.fyi”nin yaydığı məlumatlara görə, 191 texnologiya şirkəti ilin ilk 2 ayında 49 min 736 nəfəri işdən çıxarıb.

Ötən ilin eyni dövründə təxminən 130 min adam işdən çıxarılmışdı.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixtisarların 61% azaldığı müşahidə edilib.

2023-cü ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 263 min nəfərə çatıb.