Su borusunun partladığı ərazidən görüntülər yayıldı – VİDEO

Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda su borusunun partladığı ərazidən kadrlar yayılıb.

İndex.az sözügedən kadrları təqdim edir:

***

Bakının Yasamal rayonunda su borusu partlayıb.

İndex.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

“”+ 52 Alatava” və  “+ 82 Qərb”  mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib. Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb.

Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika  cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”, – deyə qurumun yaydığı məlumatda bildirilir.