“SpaceX” ən güclü kosmik raketini bu gün buraxmağa çalışacaq

İlon Maskın kosmik texnologiya startap şirkəti “SpaceX” indiyə qədər hazırlanmış ən güclü kosmik raket olan “Starship”i buraxmağa çalışacaq. Mask, “Starship”in insanlar üçün planetlərarası səyahət edə biləcəyinə inanır.

İndex.az xəbər verir ki, raket tam və sürətlə təkrar istifadə oluna biləcək şəkildə hazırlanıb. Təyyarə kimi, gündə bir neçə dəfə insan və peykləri orbitə çıxarmaq üçün nəzərdə tutulub.

Mask hesab edir ki, raket adi insanlar üçün planetlərarası səyahət dövrünü başlada bilər.