“Snapchat”da üzlər gülür: İstifadəçilər artmaqda davam edir

Dünyanın ən məşhur sosial media platformalarından biri olan “Snapchat”ın aktiv istifadəçilərinin sayı açıqlanıb.

İndex.az xəbər verir ki, Ötən illərdə ciddi itkilər verən platforma yenidən yüksəlməyə başlayıb.

Belə ki, 2022-ci ildə təxminən 1300 işçisi ilə yollarını ayıran “Snapchat”da işlər yaxşılaşmağa başladı. Xüsusilə gənclər arasında populyar olan platforma sürətlə inkişaf etməkdə davam edir.

Bu gün sürpriz bir açıqlama ilə “Snap” platformanın aktiv istifadəçilərinin sayını paylaşdı.

Açıqlamada “Snap”, “Snapchat”ın aylıq 750 milyondan çox aktiv istifadəçisi olduğunu və 375 milyon istifadəçinin hər gün tətbiqi ziyarət etdiyini açıqladı.