“Shell” 200 nəfəri ixtisar edəcək

“Shell”in AA müxbiri ilə e-poçt vasitəsilə paylaşdığı açıqlamaya görə, şirkət daxilində aşağı karbonlu həllər bölməsində sadələşdirmə və performans yönümlü bir transformasiya ediləcək.

İndex.az xəbər verir ki, sadələşdirmə çərçivəsində 2024-cü ildə sözügedən bölmədə 200 nəfər işdən çıxarılacaq.

Yenidən strukturlaşmanın 2024-cü ilin sonuna qədər davam etməsi planlaşdırıldığı halda, 130 vəzifə üçün qiymətləndirmə prosesi olacaq.

“Shell”in aşağı karbon həlləri biznesi nəqliyyat və sənayedə dekarbonizasiyanı, həmçinin hidrogen kimi yeni enerji həllərini əhatə edir.

“Shell”, iyun ayında e-mobillik və elektrikli nəqliyyat vasitələrinin doldurulması, aşağı karbonlu yanacaqlar, bərpa olunan enerji istehsalı, ətraf mühit üçün həllər, hidrogen və karbon tutma texnologiyalarının inkişafını dəstəkləmək üçün 2023-2025-ci illərdə 10-15 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.