Seysmik izolyatorlar zəlzələ zamanı binanın çökməsinin qarşısını necə alır?

Zəlzələlərə qarşı hazırlanmış sadə, lakin təsirli bir sistem olan zəlzələ izolyatorları bütün binanı zəlzələnin dağıdıcı təsirindən qoruyur. Binada döşəməyə, sütunlara və ya dəmir-beton divarlara yerləşdirilən sistemlər zəlzələ ilə bina arasındakı birbaşa əlaqəni kəsir.

Zəlzələ zamanı üfüqi istiqamətdə hərəkət edən izolyatorlar yumşaq, lakin böyük “rəqslər” edərək zəlzələnin sarsıntı gücünü udur və o zaman binanın içərisində olanlar zəlzələni demək olar ki, hiss etmirlər.

Normalda bir bina öz çəkisinin onda biri qədər yük daşıyır, bu sistemə malik strukturlar isə bu miqdarı aşa bilər.

Zəlzələnin intensivliyini 80 faizə qədər azaldan seysmik izolyatorlar kimyəvi maddələr, pas, nəm və ya günəş şüaları kimi aşındırıcı şərtlərə qarşı möhkəm qalır və orta hesabla 60 il istifadə edilə bilər.

Binaya sonradan seysmik izolyatorlar əlavə oluna bilər, lakin bu proses çox baha başa gəlir, çünki sistemin quraşdırılması üçün sütunlar kəsilməli və izolyatorlar ora yerləşdirilməlidir.