Salyan şəhərinə içməli suyun verilməsi dayandırılıb

Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə İndex.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, 2 noyabr tarixində günün sonuna qədər təmir bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.