"SOCAR əməkdaşlarının maaşları artırılacaq" – Rövnəq Abdullayev

Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əmək haqları artırılacaq.

İndex.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Bizdə maaşlar minimum əmək haqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.