Sərvəti 100 milyard dolları ötən ilk qadın məlum olub

Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub.

İndex.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

O, “Lancome”, “Yves Saint Laurent”, “Biotherm”, “Garnier” və s. onlarla məşhur brendin daxil olduğu “L’Oréal” imperiyasının varisidir.

Məlumata görə, dekabrın 28-də onun sərvəti 100,2 milyard dollara yüksəlib. Bu əlamətdar hadisə babasının qurduğu “L’Oréal” şirkətinin səhmlərinin rekord həddə bahalaşması sayəsində mümkün olub.

Buna baxmayaraq, o, dünyanın ən zəngin insanları arasında 12-ci yerdədir.