Sərhədçilərimizin atəşə tutulma ANI – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.

Ölkə.Az xatırladır ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Ermənistan mediası Azərbaycan bayrağının onların ərazisində qaldırdığını iddia etsə də, təqdim etdiyimiz görüntülərdə hərbçilərimizin ölkə sərhədlərimizin daxilində bu addımı atdığı görünür.

Üstəlik, qeyd etmək lazımdır ki, hadisə sərhədçilərimiz Rusiya sülhməramlı kontingentinin hərbçiləri ilə addımladığı zaman baş verir.

İkincisi isə peyk görüntüsü də sübut edir ki, Azərbaycan hərbçiləri heç bir pozucu hərəkətə yol verməyib.

Videogörüntülərdən o da məlum olur ki, Ermənistan tərəfi yalnız Azərbaycan hərbçilərini hədəfə almayıb, həmçinin rusiyalılara da atəş açır.

Həmin görüntüləri təqdim edirik: