Səbail, Samux və Salyanda xəstəxana tikintisi 12 milyon manata başa gələcək

Səhiyyə Nazirliyi “Avant-Garde Pharma” MMC və “Azmedtech” MMC ilə 3 müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, “Avant-Garde Pharma” MMC ilə olan müqavilədə Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində xəstəxananın tikintisi və tibbi avadanlıqlarla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması)nəzərdə tutulur. Müqavilənin dəyəri isə 3 453 420 manatdır.

“Azmedtech” MMC ilə bağlanmış 1-ci müqavilədə Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqla təchiz edilməsi, 2-ci müqavilədə isə Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi və tibbi avadanlıqla təchiz edilməsi  nəzərdə tutulur. Müqavilələrin məbləği isə müvafiq olaraq 3 618 225 manat və 4 782 388 manatdır.