“Rosneft” 6,8 milyard dollar xalis mənfəət əldə edib

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”dən verilən yazılı açıqlamada şirkətin ilin ilk yarısında 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) gəlir əldə etdiyi bildirilib.

İndex.az xəbər verir ki, açıqlamada ilin birinci yarısında şirkətin xalis mənfəətinin 652 milyard rubla çatdığı, əsaslı xərclərin isə 599 milyard rubl səviyyəsində həyata keçirildiyi bildirilib.

Açıqlamada şirkətin sözügedən dövrdə gündə 4 milyon barel neft hasil etdiyi bildirilib.