Rəqəmsal aktiv investisiya məhsullarına kapital axını 261 milyon dollara çatıb

Rəqəmsal aktiv investisiya məhsullarına 261 milyon ABŞ dolları daxilolma olub.

İndex.az xəbər verir ki, Rəqəmsal aktivlərə kapital axını 767 milyon dollara çatıb.

2022-ci ildə rəqəmsal aktivlərə cəmi 736 milyon ABŞ dolları yatırılmışdı.

229 milyon ABŞ dolları həcmində kapital axınındakı ən böyük payı “Bitcoin”  alıb.

ABŞ-da spot əsaslı ETF-nin təsdiqlənməsi ehtimalı artdığından, il ərzində 842 milyon ABŞ dolları cəlb edib.

“Ethereum”a kapital axını 2022-ci ilin avqust ayından bəri ən yüksək səviyyəyə çataraq 17,5 milyon dollar olub.